Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Haitidə kütləvi etirazlarda azı 10 nəfər ölüb - VİDEO
Haitidə Baş nazir Ariel Anrinin istefası tələbi ilə davam edən etiraz aksiyaları zamanı nümayişçilərlə Haiti Milli Polis qüvvələri arasında baş verən toqquşmalarda azı 10 nəfər ölüb.
Etirazlar zamanı küçələrdə silahlı müxalifət tərəfdarları da olublar. Həmin silahlı şəxslərin polis bölməsinə hücumu nəticəsində bir nəfər həlak olub.
Həmçinin paytaxt Port-o-Prinsdə hökumət binalarına hücumlar qeydə alınıb.
Qeyd edək ki, yanvarın sonunda Haiti Parlamenti Senatının keçmiş üzvü, 2021-ci ilin iyulunda öldürülən prezident Jovenel Moisenin müttəfiqi Jan-Şarl Moise ölkə vətəndaşlarını Ariel Anri hökumətini devirmək üçün fevralın əvvəlində kütləvi etiraz aksiyalarına çıxmağa çağırıb.
Mənbə: Gazette Haiti
Rəylər