Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ərdoğan tənqid etdi, silahdaşları “Boğaziçi”li çıxdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyədə 1-ci, dünyada isə 190-cı sırada yer alan Boğaziçi Universitetinin ünvanına işlətdiyi sərt sözlər ölkə ictimaiyyətində, siyasi kuluarlarda kəskin reaksiyalara səbəb olub.
Oxu.Az-ın xəbərinə görə, bugünlərdə Ərdoğan çıxışlarından birində “Boğaziçi” üçün “Millətin dəyərlərinə əsaslanmadığı üçün beynəlxalq aləmdə gözlədiyi uğuru əldə edə bilmədi. Bəlli bir fikrin tərəfdarı olanlara qapını aç, bu fikrin tərəfdarı deyilsə, bağla”, - deyə bildirib.
Ancaq Ərdoğanın bu fikirləri ilə razılaşmayanlar bəzi mətləbləri ondan xatırlamasını istəyiblər.
Onlar “Boğaziçi” məzunları arasında keçmiş baş nazir, AKP-li Əhməd Davudoğlu ilə 3 ay öncə Yaponiyaya səfir olaraq göndərilən AKP keçmiş millət vəkili Murat Mercanın olduğunu vurğulayıblar və prezidentdən bu məqamları unutmamasını istəyiblər.
Bununla yanaşı, araşdırmalar zamanı başqa nüfuzlu şəxslərin də “Boğaziçi” məzunları olduğu üzə çıxıb.
Bunlar aşağıdakılardır:
Tansu Çiller, Feridun Sinirlioğlu, Murat Ülker, Fatih Altaylı, Cem Yılmaz, Pelin Batu, Güler Sabancı, Gülse Birsel, Nuri Bilge Ceylan, Ömür Gedik, Seray Sever, Teoman, Mehmet Erdem, Vedat Milör, Nagehan Alçı, Oya Eczacıbaşı, Arzuhan Doğan Yalçındağ, Nil Karaibrahimgil, Defne Samyeli və b.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Cem Yılmaz" teqi üzrə xəbərlər
- Cem Yılmazın yeni sevgilisi bəlli oldu - FOTO
- Karyerasını bitirdiyini deyən Cem Yılmazdan təqaüdü barədə açıqlama - FOTO
- Kənan MM: ”Eldar Quliyev Fuad Poladova göstəriş verdi, mənə çatanda dedi, sən özün bilirsən”- MÜSAHİBƏ + FOTO
- Barış Mançonun gitaristi, Cem Yılmazın aktyoru, MFÖ-nün Özkanı kimdir? - VİDEO
- Şamil Ayrım: “Türkiyədəki azərbaycanlıların üç əsas probleminin həlli ilə məşğul olacağıq” - MÜSAHİBƏ + FOTO
Rəylər