Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayı iyulun 8-də xərçəng xəstəliyindən vəfat edən məşhur türkiyəli musiqiçi, MFÖ qrupunun üzvü, aktyor Özkan Uğura həsr olunub.
1953-cü ildə İstanbulda anadan olan Özkan Uğur musiqi karyerasına 1970-ci ildə bir çox məşhur insanların da zaman-zaman qatıldığı Şerif Yüzbaşıoğlu Orkestrində başlayıb. 1971-ci ildə Kızıltoprakda tanış olduğu Mazhar Alanson, Fuat Güner və ilk qrupu “Kaygısızlar”la peşəkar bas gitara çalmağa başlayıb. O vaxtlar Sadıq Kuyaş da qrupda bas ifaçısı idi. Bir müddət birlikdə işlədikdən sonra Kuyaş qrupdan ayrılıb və Ö.Uğur qrupun yeganə bas gitara ifaçısı olub.
1971-ci ildə yaranan MFÖ qrupu 1984-cü ildə ilk albomları olan “Ele güne qarşı yapayalnız” ilə şöhrət qazanıb. MFÖ 1985-ci ildə “Diday Diday Day” və 1988-ci ildə “Sufi” mahnısı ilə Türkiyəni iki dəfə “Avroviziya”da təmsil edib.
Ö.Uğur həm də istedadlı aktyor idi. O, bir çox məşhur film və seriallarda rol alıb. Həmçinin bir müddət “O ses Türkiye” müsabiqəsində Mazhar Alansonla juri masasında əyləşib.
Daha ətraflı süjetdə:
Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.Verilişin budəfəki sayı iyulun 8-də xərçəng xəstəliyindən vəfat edən məşhur türkiyəli...
Rəylər