Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"United Payment" MMC ölkədə elektron ödəniş sistemində lisenziya alan ilk fintexlərdən biri oldu
"Azərbaycan Respublikasının ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanununa əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq tələblərinə uyğun olaraq ilk Elektron Pul Təşkilatı lisenziyasını alan şirkətlərdən biri də "United Payment" MMC oldu.
Oxu.Az xəbər verir ki, "United Payment" 2020-ci ildən Azərbaycanda təsis edilib və 2021-ci ildən qeydiyyatdan keçərək Ödəniş aqreqatoru fəaliyyətinə və elektron kommersiya fəaliyyətlərinə başlayıb. Bununla yanaşı, 2022-ci ilin yanvar ayından etibarən Türkiyədən Azərbaycana beynəlxalq ödənişlərin təchiz edilməsi xidmətini təqdim etməyə başlamış, daha sonra digər ölkələrdən də Azərbaycan istiqamətinə beynəlxalq ödənişlər xidmətini təmin etməyə davam etmişdir. 2 850 000 manat tam ödənilmiş nizamnamə kapitalı ilə, ölkədə ən iri həcmli nizamnamə kapitalına sahib olan fintek təşkilatı kimi, ölkənin maliyyə inklüzivliyinin artması, rəqəmsal ödəniş kanallarının genişlənməsi və nağdsız ödəniş vərdişlərinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərməkdədir.
Elektron Pul Təşkilatı lisenziyasını aldıqdan sonra, "United Payment" MMC ilk olaraq, Türkiyədə məşhur olan "TURAN" mobil tətbiqini ödəniş xidməti istifadəçilərinin xidmətinə təqdim edəcək. Növbəti mərhələlərdə, qardaş Türkiyənin uğurlu təcrübəsinə və Azərbaycan Respublikasının Mərkəzi Bankının yönləndirməsinə uyğun olaraq, "FaaS" (fintech as a service) modeli ilə, dayanıqlı və təhlükəsiz elektron pul (elektron pulqabı) xidmətlərinin digər təsərrüfat subyektlərinə də təqdim edilməsini planlaşdırır. Bununla da, prudensial çərçivələrdə idarə edilən, innovativ və təhlükəsiz maliyyə texnologiyaları həllərini digər korporativ müştərilərinə dayanıqlı şəkildə təqdim etməklə, Azərbaycanda yeni ödəniş alətlərinin genişlənməsinə və nağdsız hesablaşmaların inkişaf etdirilməsinə öz töhfəsini verəcək.
"United Payment" MMC-nin təqdim etdiyi xidmətlərin siyahısı:
- Özünüzün internet səhifənizdən və yaxud mobil tətbiqinizdən birbaşa sizə özəl hazırlanmış olan ödəniş səhifənizin açılması və ödənişlərin və kredit ödənişlərinin o səhifədən icra olunması;
- Bir API (üzərindən texniki inteqrasiya) bütün növ yerli və xarici bank kartları vasitəsilə ödənişlərin və kredit ödənişlərinin alınması;
- İstədiyiniz bank kartının hesabına və yaxud kartı olmayan müştərinizin mobil nömrəsinə "Cash by Code" (SMS-lə kod) göndərmək vasitəsilə vəsaitin qaytarılması;
- Bütün Ödəniş Terminalları ("Milli Ön", "E-manat", "Kassam", "ExpressPay" və "Katech") və elektron pulqabları (E-pul, Portmanat və s.) vasitəsilə ödənişin və kredit ödənişlərinin alınması imkanı;
- Hər bir müştəri profilinizdə istənilən bank kartının yaddaşda saxlanılması imkanı (beləliklə müştəri növbəti ödənişi zamanı yeni kart məlumatlarını daxil etmir);
- Məbləğlərin tam və ya hissəli geri qaytarılması imkanı (Refund və Partial refund);
- Təkrarlanan (abunəlik) ödəniş imkanları;
- Tam təhlükəsiz ödəniş platformasının fəaliyyətinin təminatı;
- "Pay By Link" xidməti vasitəsilə, istənilən kommunikasiya kanalı üzərindən, heç bir texniki inteqrasiya etmədən (SMS, "WhatsApp", "Telegram", Sosial Media kanalları, "Mail" və s..) çox rahat ödəniş imkanı;
- QR Kodla ödəniş imkanı;
- "Woocommerce plugin" inteqrasiya imkanı;
- "Preauthorisation" metodu vasitəsilə ödəniş imkanı (müəyyən məbləğin tutulması və daha sonra istifadə olunan məbləği çıxmaqla, qalan hissənin müştəriyə qaytarılması);
- İstəsəniz WEB vasitəsilə, istəsəniz mobil tətbiq vasitəsilə, sizə özəl yaradılmış müştəri profilindən hesabatlılıq və ödənişlərin idarə olunması imkanı;
- Maliyyə üzləşmələri və bütün hesabatlılığın bizim tərəfimizdən təmin edilməsi;
- Peşəkar komandamız tərəfindən 7/24 müştəri xidməti;
- Mobil POS xidməti ("TapToPhone") xidməti https://youtu.be/aNZEOdz4XDI (birbaşa əməliyyatların həlli zamanı artıq POS terminal daşımalarına ehtiyac qalmayacaq).
Xidmətlərdən faydalanmaq üçün +994512016926, +994124880838 nömrələrinə zəng etməyiniz və yaxud [email protected] ünvanına mail yazmağınız kifayətdir.
Rəylər