Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası "Yaşıl ətraf mühit günləri" keçirib
Dekabrın 3-də Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kollecinin və Tələbə Parkının həyətlərində "Yaşıl ətraf mühit günləri" adlı tədbirlər keçirilib.
Tədbir Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "COP29-la bağlı beynəlxalq təşəbbüslər" böyük qrant müsabiqəsi tərəfindən maliyyələşən "İqlim dəyişmələrinin uşaqlara təsiri" adlı layihəsi çərçivəsində təşkil olunub. Tədris ocağının müəllim-tələbə heyəti, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və icma sakinlərinin iştirak etdikləri tədbirdə layihə və ətraf mühitin qorunmasının vacibliyi barədə məlumatlar verilib və çıxışlar edilib.
Daha sonra nəzərdə tutulan ərazilər iştirakçılar tərəfindən tullantılardan təmizlənib və 300 ədəd Eldar şamı tingi əkilib. Sonda iştirak edən tələbələrə layihənin təbliğat və təşviqat materialları hədiyyə olunub. Qeyd edək ki, son günlər belə tədbirlər çərçivəsində əkilən tinglərin sayı 700 ədədə çatıb. Ümumilikdə isə ADAU-nun altı tədris korpusu və təcrübə stansiyasının ərazisində 1 000 ədəd Eldar şamı tingi əkilməsi nəzərdə tutulub.
Layihənin məqsədi yaşıl ətraf mühitin və iqtisadiyyatın əhəmiyyəti haqqında maarifləndirmə və təbliğat kampaniyası aparmaq, əlverişli və davamlı təcrübələri təşviq etmək və icma üzvlərinin və ictimai-özəl sektor nümayəndələrinin diqqətini artırmaq vasitəsilə milli və yerli səviyyədə iqlim dəyişikliyinin təsirinin azaldılması prosesinə töhfə verməkdir. Layihə çərçivəsində, həmçinin, uşaqları və böyükləri əhatə edən yaşıl ətraf mühit və yaşıl iqtisadiyyata dair maarifləndirici sosial media paylaşımları da izləyicilərlə bölüşülür.
Layihə SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası və Ətraf Mühit və Sosial İnkişaf Təşkilatı (Banqladeş) tərəfindən icra edilir.
#TƏBİƏT NAMİNƏ İNDİ HƏRƏKƏTƏ KEÇ!
SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası
AZ2020, Gəncə, Azərbaycan
Azərbaycan Bayrağı küçəsi, 189
Tel: +99450 725 50 50
"COP29" teqi üzrə xəbərlər
- COP16-da Bakı İqlim və Sülh Mərkəzinin təqdimatı keçirildi
- Azərbaycan Prezidentinin siyasi addımı amerikalı jurnalisti heyran etdi - Bizdən nə danışırlar?
- Nazir: "BƏƏ Azərbaycanın yaşıl enerjiyə keçid prosesində mühüm tərəfdaşıdır"
- SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Qüvvədən düşən COP29 zolaqlarının SİYAHISI AÇIQLANDI
- Xarici İşlər Nazirliyində yeni rəis TƏYİNATI
Rəylər