Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ŞƏBƏKƏ proqramının bağlanış mərasimi keçirilib - FOTO
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə artıq üçüncü dəfədir ki, həyata keçirilən “ŞƏBƏKƏ” proqramı yekunlaşıb.
Proqram çərçivəsində ümumilikdə 10 təşkilatın 10 layihəsinə resurs dəstəyi göstərilmiş və bunun nəticəsində 8 şəhər və rayonda birbaşa 275 gənc, dolayı yolla isə 500-dən çox gənc təlim və seminarlardan yararlanmışdır.
Gənclər təşkilatları tərəfindən “Heydər Əliyev İli”: Ulu öndərin həyatı və ictimai-siyasi fəaliyyətinin təbliği, zəngin siyasi irsinin öyrənilməsi, gənclərin düzgün peşə və ixtisas seçiminə yiyələnməsi, gənclərin bilik, bacarıqlarının əmək bazarının tələblərinə uyğun formalaşdırılması, gənclərin sahibkarlıq haqqında məlumatlılıq səviyyəsinin artırılması, gənclərin sahibkarlıq fəaliyyətlərinə təşviq edilməsi, regionlarda fəaliyyət göstərən gənc ictimai liderlərin potensiallarının artırılması, yumşaq bacarıqlarının (soft skills) inkişaf etdirilməsi, yerli və beynəlxalq layihələrin yazılması, idarə edilməsi eyni zamanda gənclərin beynəlxalq tədbirlərdə, platformalarda səmərəli təmsilçilik imkanlarının genişləndirilməsi ilə bağlı 5 istiqamət üzrə həyata keçirilən layihələrdə 31 təlim, 21 vörkşop/qrup işi, bir intellektual oyun və bir düşərgə keçirilib.
Proqramın əsas məqsədi gənclərlə gənclər təşkilatları arasında birgə işin artırılmasında vasitəçilik etmək, gənclərə vətənpərvərlik hisslərini mütəmadi olaraq aşılamaq, gənclər təşkilatlarının fəaliyyətlərini stimullaşdırmaq, həmçinin gənclərlə iş sahəsində araşdırmaların aparılmasına nail olmaqdan ibarət olub.
Qeyd edək ki, proqramın yekunu olaraq Gənclər Təşkilatlarının Resurs Mərkəzində bağlanış mərasimi keçirilib. Tədbirdə ARGTMŞ-nın sədri Azər Əliyev açılış nitqi ilə çıxış edərək proqram haqqında ətraflı məlumat verib, həmçinin gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün layihənin statistikalarını açıqlayıb.
Proqrama uyğun olaraq tədbirin davamında hesabat videoçarxı təqdim olunub, daha sonra AR Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, İdarə Heyətinin üzvləri Nail Şükürov və Elvin Hüseynov çıxış edərək layihə haqqında öz təəssüratlarını bölüşüblər.
Ənənəyə sadiq qalaraq, yekunda proqramın qalibi olan təşkilatlar təltif olunub və xatirə fotosu çəkilib.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Zakir Həsənov müşavirə keçirdi, konkret tapşırıqlar verdi
- Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
- Milli Dirçəliş Günü - Azərbaycan tarixinin qürur səhifəsi
- COP29 çərçivəsində "Silk Way Alat Free Economic Zone" şirkəti və ICAO arasında razılaşma imzalanıb
- COP29-da iştirak edən nümayəndə heyətlərinin şərəfinə Heydər Əliyev Mərkəzində ziyafət verilib
Rəylər