Sürücülük hüququ olmadan narkotik maddənin təsiri altında avtomobil idarə edən Neftçala rayon sakini Araz Abdullayev Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev məlumat yayıb.
Araşdırma zamanı şəxsin eyni əmələ görə bir müddət əvvəl də inzibati məsuliyyətə cəlb olunması faktı müəyyən edilib.
Özü ilə yanaşı digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atan A.Abdullayev məhkəmənin qərarı ilə həbs edilib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər