Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin hərbi yardımı dayandırılacağı təqdirdə ölkəsinin münaqişədə məğlub olacağına əminliyini ifadə edib.
Oxu.Az-ın verdiyi məlumata görə, o bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
"Əgər yardım azaldılarsa, düşünürəm ki, biz məğlub olacağıq. Əlbəttə ki, biz yenə də döyüşəcəyik, öz istehsalımız var, lakin qalib gəlmək və sağ qalmaq üçün bu kifayət deyil", - deyə dövlət başçısı bəyan edib.
Bununla yanaşı, Zelenski qeyd edib ki, əgər ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın administrasiyası hərbi yardımı azaltmaq qərarına gələrsə, bu "ABŞ-nin seçimi" olacaq və Kiyev "bununla nə edəcəyinə qərar verəcək".