"Bakı, sanki Şərqin Parisidir. Memarlıq üslubunu çox bəyəndim. Ümid edirəm ki, COP-da bütün öhdəliklər vaxtında müəyyən ediləcək və inkişaf etmiş dünya ölkələri istədikləri hər şeyi ala bilməyəcəklərini başa düşəcəklər".
Bu fikirləri Oxu.Az-a açıqlamasında İrlandiyanın Maynot Universitetinin fəxri professoru Con Suini deyib.
C.Suini öz ölkəsinin iqlim problemlərindən söz açıb:
"Qışda yağıntıların artması problemi ilə mübarizə aparırıq və ən böyük narahatlığımız daşqınlardır. Biz, həmçinin, intensiv kənd təsərrüfatı nəticəsində biomüxtəlifliyin itirilməsi ilə bağlı problemlərlə üzləşirik".
O qeyd edib ki, sözügedən problemlərlə bağlı İrlandiyada parlament tərəfindən qəbul edilən və beşillik karbon büdcələrinə əsaslanan iqlim qanunu var:
"Haqqında danışdığımız problemi həll etmək üçün ayrı-ayrı sektorlara beşillik büdcə verilir".
O əlavə edib ki, dünya ölkələrinin bir çoxunda israfçı enerji sistemi var.
Məhərrəm Əliyev