ABŞ Prezidenti Co Bayden Ukraynaya piyada əleyhinə minaların göndərilməsini təsdiqləyib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Washington Post" iki mənbəyə istinadla xəbər verib.
Qeyd olunur ki, Pentaqonun fikrincə, Kiyevə minaların verilməsi Rusiyanın hücumunu ləngitmək üçün ən faydalı addımlardan biridir.
Mənbələrdən birinin bildirdiyinə görə, Ukrayna siyasətçiləri sıx məskunlaşmış ərazilərdə mina yerləşdirməyəcəklərinə söz veriblər. Digər mənbə dəqiqləşdirib ki, minaların istifadəsi Ukrayna ərazisi ilə məhdudlaşacaq.
Bununla belə, qəzet vurğulayır ki, Ukraynaya piyada əleyhinə yerüstü minaların göndərilməsi mübahisələrə səbəb olur, çünki qeyri-seçici silah mülki əhaliyə ciddi ziyan vura bilər.