İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində "Baker Hughes" şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli ilə görüşüb.
Oxu.Az xəbər verir ki, o bu barədə özünün "X" hesabında bildirib:
"Ölkəmizin yaşıl gələcəyinə şirkətin verə biləcəyi töhfələr, dayanıqlı biznes modellərinin formalaşdırılması, emissiyaların azaldılmasına yönəlik fəaliyyət və müasir texnologiyaların tətbiqi ilə hasilatda səmərəliliyin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. SOCAR ilə tərəfdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirdik".
#COP29 (@COP29_AZ) çərçivəsində "Baker Hughes" (@bakerhughesco) şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli ilə ölkəmizin yaşıl gələcəyinə şirkətin verə biləcəyi töhfələr, dayanıqlı #biznes modellərinin formalaşdırılması, emissiyaların azaldılmasına yönəlik… pic.twitter.com/H72Wee0Xa3
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 14, 2024