"COP29 çərçivəsində Böyük Britaniyanın xəzinədarlıq nazirinin maliyyə katibi Lord Spenser Eliot Livermor və ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr ilə görüşdük".
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında paylaşım edib:
"Yaşıl ekosistemin inkişafı istiqamətində Azərbaycanın qlobal təşəbbüslərə töhfələri, ölkələrimizin strateji iqtisadi münasibətlərinin intensiv inkişafı, biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi, yaşıl sərmayələrin təşviqi və səmərəli enerji keçidi ilə bağlı müzakirələrimiz oldu".
#COP29 (@COP29_AZ) çərçivəsində #BöyükBritaniya-nın xəzinədarlıq nazirinin maliyyə katibi Lord Spenser Eliot Livermor (@SpenceLivermore) və ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr (@D_G_Alexander) ilə görüşdük. Yaşıl ekosistemin inkişafı istiqamətində… pic.twitter.com/TELIxwTFJZ
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 14, 2024