Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Tottenhem" "Aston Villa"nı darmadağın etdi
İngiltərə Premyer Liqasının 10-cu turunda "Tottenhem" "Aston Villa" ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Londonda baş tutan matçda yerli "Tottenhem" qonaqları 4:1 hesabı ilə məğlub edib.
32-ci dəqiqədə "Aston Villa"nın hücumçusu Morqan Rocers hesabı açıb. "Tottenhem"in cavab qolunu hücumçu Brennan Conson vurub. 75-ci dəqiqədə hücumçu Dominik Solanke meydan sahiblərini hesabda önə çıxarıb. Dörd dəqiqə sonra Solanke matçda dubl edib. 90+6-cı dəqiqədə yarımmüdafiəçi Ceyms Meddison hesabı 4:1-ə çatdırıb.
Qeyd edək ki, keçirilən 10 matçdan sonra "Tottenhem" 16 xalla Premyer Liqanın turnir cədvəlində 7-ci yerdə, "Aston Villa" isə 18 xalla 5-ci yerdədir.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
- Superkompüter İngiltərə Premyer Liqasında cari mövsümün çempionunu açıqlayıb
- İngiltərə Premyer Liqası: "Mançester Yunayted" - "İpsviç" oyununda qalib müəyyənləşmədi
- İngiltərə Premyer Liqası: "Liverpul" - "Sauthempton" oyununda 5 qol vuruldu
- Pep Qvardiola "Mançester Siti"nin uğursuzluğunun səbəbini açıqladı
- İngiltərə Premyer Liqası: "Mançester Siti" - "Tottenhem" oyununda gözlənilməz nəticə
Rəylər