Bu gün Azərbaycanın daha bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 81 kq çəki dərəcəsində Zelim Tçkayev tatamiyə çıxacaq.
25 yaşlı idmançı ilk raundda İtaliya təmsilçisi Antonio Espozitonun mübarizədən kənarlaşdırmağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Ötən gün Hidayət Heydərov (73 kq) dünya çempionu olub.