Azərbaycan təmsilçisi Fərhad Rəcəbli (90 kq) 12-ci dəfə veteran cüdoçular arasında dünya çempionu olub.
Oxu.Az xəbər verir ki, Fərhad Rəcəbli ABŞ-nin Las-Veqas şəhərində keçirilən mundialın M8 kateqoriyasında fərqlənib.
F.Rəcəbli ilk görüşündə yerli Lorenso Şippdən güclü olub. Veteran cüdoçu ardınca üç fransalı - Filip Juni, Mişel Dumortye və Alan Dayezə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, yarış noyabrın 7-də başa çatacaq.
Rəylər