Azərbaycan cüdoçusu Sadiq Hacıyev 24 aylıq diskvalifikasiya olunub.
Oxu.Az Azərbaycan Milli AntiDopinq Agentliyinə (AMADA) istinadən xəbər verir ki, cəzaya səbəb kimi idmançı tərəfindən məkan məlumatı pozuntusuna yol verilməsi göstərilib.
Qeyd edək ki, qərarın qüvvəyə minmə tarixi 2023-cü il iyulun 31-i göstərilib.
Sanksiya 2025-ci il iyulun 30-da bitəcək.
Rəylər