Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinir
Nəsimi rayonu ərazisində oğurluq və dələduzluqda şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən 680 manat dəyərində qızıl üzüyün oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 62 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə ayrı-ayrı vaxtlarda 2 nəfərin ümumilikdə 556 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar 41 yaşlı İ.Mahmudov və 64 yaşlı İ.Abiyev müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda 33 min manatdan çox dələduzluq edilib, saxlanılanlar var
- Diqqətsizlik nəticəsində Aeroport yolunda baş verən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
- Yağışlı günlərdə baş verən piyadavurma hadisələrinin dəhşətli STATİSTİKASI
- Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döyüb
- Axşam saatlarında ərini öldürən qadın 4 uşaq anası imiş - HADİSƏNİN DETALLARI
Rəylər