Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda 33 min manatdan çox dələduzluq edilib, saxlanılanlar var
Paytaxtın Nərimanov, Xəzər, Nəsimi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 5 nəfər - 37 yaşlı P.Rzayev, 45 yaşlı F.Gülmirzəzadə, 55 yaşlı Ə.Nəcəfov və əvvəllər məhkum olunmuş 25 yaşlı F.Əhmədov, eləcə də 51 yaşlı R.Rəhimov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, onların 6 nəfərin ümumilikdə 33 980 manat pulunu və 2 000 manat dəyərində mobil telefonunu dələduzluq yolu ilə ələ keçirmələri müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Azərbaycanda rektorun qızını aldadıb qızıllarını aldılar
- Vyetnamda milyarder qadına ölüm hökmü verildi
- DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
- Havvaxanım Rüstəmovanın cinayət işi: 133 zərərçəkmiş var
- Bakıda bir nəfərin 251 min dolları ələ keçirilib, saxlanılan var
Ən çox oxunanlar
Rəylər