Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyədə itkin düşən Narinin axtarışları davam edir: Qardaşından sonra əmisi də saxlanılıb
Türkiyənin Diyarbəkir vilayətinin Tavşantepe kəndində avqustun 21-də yoxa çıxan və 13 gündür tapılmayan səkkiz yaşlı Narin Güran adlı qızla bağlı istintaq davam edir.
Oxu.Az bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, istintaq çərçivəsində Narinin qardaşından sonra əmisi də saxlanılıb.
Azyaşlının əmisi, həm də Tavşantepe kənd bələdiyyəsinin sədri olan Sami Güranın dindirilməsi başa çatıb. O, həbs tələbi ilə məhkəməyə göndərilib.
Bildirilir ki, əmiyə hadisə günü telefonunun niyə bir saat söndürüldüyü, kəndi niyə tez tərk etdiyi və onun maşınında aşkarlanan Narinin DNT nümunələri ilə bağlı suallar verilib. Kibercinayətlərə Qarşı Mübarizə qrupları tərəfindən aparılan araşdırmada onun telefonundan bəzi telefon nömrələrini və yazışmaları sildiyi müəyyən edilib.
Rəylər