Xankəndi şəhərində illər sonra ilk toy edən Fərhad Kərimli təəssüratlarını Baku TV ilə bölüşüb.
Təəssüratlarının çox gözəl olduğunu deyən bəy vurğulayıb ki, Vətənin bütün torpaqları əziz olsa da, Şuşa və Xankəndi daha əzizdir:
"Həm tarixən belə olub, həm də Şuşanın uğrunda çox qan tökülüb, Xankəndinin uğrunda siyasi savaşlar gedib. Ona görə də bu torpaqlar bizim üçün çox doğmadır. Burada toy etmək çox gözəl hissdir, ilk toy etmək isə ondan da möhtəşəmdir. Bu toyu etmək üçün kimlər şərait yaradıbsa, kimlər bu torpaqları alıbsa, kimlərin əməyi keçibsə, hamısına könüldən təşəkkür edirik".
Ətraflı Baku TV-nin süjetində:
Xankəndi şəhərində illər sonra ilk toy edən Fərhad Kərimli təəssüratlarını Baku TV ilə bölüşüb.
Xankəndi şəhərində illər sonra ilk toy edən Fərhad Kərimli təəssüratlarını Baku TV ilə bölüşüb.
Xankəndi şəhərində illər sonra ilk toy edən Fərhad Kərimli təəssüratlarını Baku TV ilə bölüşüb.
Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.
APA xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimlinin oğlu, gənc yazar və Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toy mərasimi baş tutacaq. Mərasim Xankəndi şəhərində yerləşən restoranlardan birində keçiriləcək.
Qeyd edək ki, Kərimlilər ailəsi Şuşa şəhərində yaşayırlar. Bəy, gəlin və onların ailəsi mərasimin keçiriləcəyi zala gəlməzdən əvvəl Şuşa şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, sonra Cıdır Düzündə gəzintiyə çıxıblar. Onlar daha sonra Xankəndi şəhərinin mərkəzini gəzəcək və toy keçiriləcək restorana gedəcəklər.
Xankəndi şəhərində illər sonra ilk toy edən Fərhad Kərimli təəssüratlarını Baku TV ilə bölüşüb.
Xankəndi şəhərində illər sonra ilk toy edən Fərhad Kərimli təəssüratlarını Baku TV ilə bölüşüb.
21 sentyabr uzun illərdən sonra Xankəndidə azərbaycanlıların toy mərasiminin keçirildiyi tarix olaraq yadda qalacaq.
Modern.az xəbər verir ki, bu gün gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toyudur. Onun Rəvanə adlı xanımla toy mərasimi Xankəndidəki "Meydan" restoranında keçiriləcək.
Məlumatı saytımıza bəyin ailə üzvləri veriblər.
Qeyd edək ki, bu gün evlənən Fərhad Kərimli bir müddət öncə hərbi xidmətini başa vurub. Kərimlilər ailəsi Şuşada yaşasalar da, toyu Xankəndidə etmək qərarına gəliblər.
Onlar bu ilin mayında Şuşaya köçüblər. Ailə Şuşada 4 otaqlı mənzillə təmin olunub.
Xankəndi şəhəri 26 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 32 ildən sonra -2023-cü ilin sentyabr ayın 20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu Xankəndi şəhərinə nəzarəti təmin edib. Beləliklə, bu Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.