Xankəndi şəhərində 27 Sentyabr - Anım Günü qeyd edilir.
İşğaldan azad edilmiş torpaqlarımıza səfər edən şəhid ailələri Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla anıblar.
Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova Baku TV-yə açıqlamasında Anım Gününü Xankəndidə qeyd etməkdən qürur duyduğunu bildirib:
"Digər şəhid ailələri ilə birlikdə Qarabağ Universitetini ziyarət edəcəyik. Mən Bakı şəhərində yerləşən 34 nömrəli məktəbin direktoruyam. Bu il məzun olan şagirdlərimizdən biri Qarabağ Universitetinin Hüquq fakültəsinin ilk tələbələrindən biridir. Hazırda məni gözləyir və buna görə ikiqat sevincliyəm".
Ətraflı süjetdə:
Xankəndi şəhərində 27 Sentyabr - Anım Günü qeyd edilir.