Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sezen Aksu azərbaycanlı pərəstişkarını məhkəməyə verdi - FOTO
Məşhur türkiyəli müğənni Sezen Aksu azərbaycanlı pərəstişkarını məhkəməyə verib.
Pərəstişkarı müğənnini qorxudub.
Belə ki, gecə saatlarında Sezen Aksunun Beykozda yerləşən dənizkənarı malikanəsində qapının zəngi çalınıb. Qapını açan mühafizəçi qarşısında 47 yaşlı Azərbaycan əsilli qadını görüb. “Sezen xanımla görüşmək istəyirəm”, - deyə qadın bildirib. Mühafizəçi saatın gec olduğunu deyib və ona icazə verməyib. Qadın mühafizəçini itələyərək evin həyətinə daxil olub. “Sizi öldürərəm. Rədd ol, get. Sezen xanımı öldürməkmi istəyirsiniz? Burada onu həbsdə saxlayırsınız. Heç kimlə görüşməsinə imkan vermirsiniz”, - deyə qadın təhdid edib. Hadisənin şahidi olan mühafizəçi qadına qarşı şikayət ərizəsi verib.
Həmçinin qadından şikayətçi olan Sezen Aksu da bununla bağlı ifadə verib. “Bu şəxs mart, may, iyul və oktyabr aylarında 4 dəfə evimə gəlib, qapını güclə açıb, təhlükəsizliyimə təhdid yaradıb və təhqir edərək məni narahat edib. 2022-ci ilin oktyabrında o, içəriyə daxil olmağa cəhd edib. Bir dəfə evimin estakadasına yaxınlaşaraq körpüyə ziyan vuracaq şəkildə dağıntılara səbəb olub. Lakin o zaman pərəstişkarım hesab etdiyim üçün şikayət etməmişdim. Bu mərhələdə narahatlıq səviyyəsi artdığı üçün şikayətçiyəm”, - deyə o, ifadəsində qeyd edib.
Mənbə: ABC gazetesi
"Sezen Aksu" teqi üzrə xəbərlər
- Röyanın “Tez gəl” mahnısının bəstəkarı olan gənc həkimlə MÜSAHİBƏ + FOTO
- Üç dəfə xərçəng oldu, altı ay dedilər, 21 il yaşadı: Kayahanın qalmaqallı həyatı - VİDEO
- Hər kəsin sevərək dinlədiyi məşhur mahnıdakı Firuze kimdir? - VİDEO
- Koronavirusa yoluxanların karantin müddəti azaldıldı - Xəbərlərin 13:00 buraxılışı
- Sezen Aksu oxuduğu mahnıya görə məhkəməyə verildi
Rəylər