Qəzzanın Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabrından bəri İsrail hərbçilərinin əməliyyatları nəticəsində anklavda həlak olan fələstinlilərin sayının 41.9 minə yaxınlaşdığını bildirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində ölənlərin sayı 41 870-ə yüksəlib, daha 97 166 nəfər yaralanıb. Təkcə son 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və bombalaması nəticəsində 45 fələstinli ölüb, 256 nəfər yaralanıb.
Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatı yaraqlılarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə daxil olması, sərhəd yaşayış məntəqələrinin sakinlərini öldürməsi və 250-yə yaxın girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
Rəylər