Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Avropanın ən hündür aktiv vulkanı püskürdü
İtaliyanın Siciliya adasındakı Etna vulkanı püskürüb.
Oxu.Az xəbər verir ki, bu barədə "La Sicilia" qəzeti İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatlarına istinadən məlumat yayıb.
Məlumata əsasən, vulkanın oyanması ilə əlaqədar Kataniya Beynəlxalq Hava Limanında uçuşlar təxirə salınıb.
İnstitutun mütəxəssisləri püskürmə zamanı kül sütununun təxminən 4 500 metr yüksəkliyə çatdığını bildiriblər.
Xatırladaq ki, Etna Avropanın fəaliyyətdə olan ən hündür vulkanıdır. Onun hündürlüyü 3357 metrdir.
"vulkan püskürməsi" teqi üzrə xəbərlər
- İndoneziyada Dukono vulkanı püskürməyə başlayıb
- İslandiyada lava çayları: Qrindavik yaxınlığında vulkan püskürməsinin heyrətamiz görüntüləri
- İslandiyada HƏYƏCAN: Vulkan püskürməyə başlayıb, təxliyə aparılır
- Kamçatkadakı Şiveluç vulkanı 11 km hündürlüyə kül püskürdü
- İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı artdı
Ən çox oxunanlar
Rəylər