İndoneziyanın Flores adasında vulkan püskürməsi nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyi məlumat yayıb.
Qeyd olunur ki, hazırda bölgədə ən yüksək - dördüncü dərəcəli təhlükə səviyyəsi elan edilib.
İndoneziyanın Flores adasında vulkan püskürməsi nəticəsində azı altı nəfər həyatını itirib.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verib.
Vulkan 2 min metr hündürlüyə qədər qalın qəhvəyi kül atıb.
Qeyd olunub ki, vulkan püskürməsi yaxınlıqdakı yaşayış məntəqələrində yanğınlara səbəb olub, bir neçə ev və katolik rahibələrin monastırı yanıb.
Rəylər