Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar
Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.
Oxu.Az bu barədə Sputnik Gürcüstana istinadən xəbər verir.
Məlumata görə, Litva, Latviya və Estoniya səfirləri hakim "Gürcü Arzusu" partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili və Daxili İşlər Nazirliyinin bütün rəhbərliyinə qarşı sanksiyalar tətbiq etmək qərarına görə Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıblar.
Litva, Latviya və Estoniya İvanişvilinin, həmçinin daxili işlər naziri Vaxtanq Qomelauri, onun müavinləri Şalva Bedoidze, İoseb Çelidze, Aleksandr Daraxvelidze və Georgi Butxuzi, xüsusi tapşırıqlar departamentinin rəhbəri Zviad Xarazişvili və onun müavinləri Miller Laqazuri və Mirza Kezevadze, patrul polisi departamentinin rəhbəri Vaja Siradze və cinayət polisi departamentinin rəhbəri Teymuraz Kupatadzenin ölkələrinə girişini qadağan edib.
Baltikyanı ölkələr öz qərarlarını Gürcüstanda insan hüquqlarının pozulmasına cavab kimi izah ediblər.
"Gürcüstan" teqi üzrə xəbərlər
- Gürcüstana yeni XİN rəhbəri təyin olundu: Ceyhun Bayramov həmkarını təbrik etdi
- Deputat: "Qərb Ukrayna ssenarisini Gürcüstanda həyata keçirə bilməyəcək"
- Gürcüstan XİN: "Xarici dövlətlər ölkənin diplomatlarına təzyiq göstərirlər"
- Kobaxidze: "12 yeni nazir təyin olundu"
- Gürcüstan prezidentindən qeyri-qanuni addım: Vəzifəsindən əl çəkməyəcək
Rəylər