Mayın 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Müdafiə naziri general-polkovnik Z.Həsənov Türkiyə nümayəndə heyətini qəbul edib.
Görüşdə, hərbi, hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Sonra Türkiyə nümayəndə heyəti müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.
Türkiyəli qonaqlar rəsmi səfər çərçivəsində Quru Qoşunların qərargahını ziyarət ediblər.
Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.
Görüşdə hər iki qardaş ölkənin hərbi qulluqçularının peşəkarlığının artırılması, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə hərbi təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb və bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Türkiyəli general Azərbaycanda Quru Qoşunların qərargahına getdi