Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sevgilisi Sılanı Ziynet Saliyə görə döyüb - FOTO
Türkiyənin məşhur ifaçısı Sılanın sevgilisi Ahmet Kural tərəfindən döyülməsi Türkiyə maqazin gündəminin əsas mövzusudur.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı başladılan istintaq prosesi davam edir.
Bu gün Ahmet Kural ifadə vermək üçün məhkəməyə gedib.
“Kanal D”də yayımlanan “İkinci sayfa” proqramı isə Sılanın döyülmə səbəbinin Ziynet Sali olduğunu iddia edib.
Bildilir ki, Sali həmin gecə Sılaya mesaj yazdığı üçün dava düşüb. Ahmet Kural Sıla və Ziynetin səmimi olmasını qəbul etməyərək, dəfələrlə sevgilisinə irad bildirib.
Qeyd edək ki, Ahmet Kural Sılanı döyərək, ona təpik zərbələri endirib. Daha sonra isə kül qabını başına çırpıb.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər