Türkiyəli məşhur ifaçı Sıla Gençoğlunun sevgilisi Ahmet Kural tərəfindən döyülməsi tibbi ekspertiza tərəfindən təsdiqlənib.
Oxu.Az xəbər verir ki, ekspertin sənədlərini isə “Star Haber” ortaya çıxarıb.
Sənədlərdə müğənninin sifətində əzilmə, beyin qapağında şiş, üzündə və bədənində göyərtilər olduğu qeyd olunub.
Eyni zamanda, Sılanın başına külqabı vurulması, baş hissəsinin, ayaqlarının təpik zərbələrinə məruz qalması da təsdiqlənib.
Digər tərəfdən, Sılanın sürücüsü və Ahmet Kuralın qonşusu baş verən hadisə ilə bağlı ifadə verib.
Kuralın qonşusu həmin anlar dostu ilə yazışmasını məhkəməyə təqdim edib. Həmin yazışmada aktyorun Sılanı amansızca döyməsini əks etdirən mətn yer alıb.
Ahmet Kural isə ötən gün məhkəməyə çağırılıb və ifadə verib.
Qeyd edək ki, hadisə oktyabrın 29-da baş verib.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər