Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanlı məşhurların qayda pozuntuları: Cərimə və ballar
Azərbaycanın şou-biznes nümayəndələrinin və tanınmış incəsənət adamlarının yol-hərəkəti qaydalarını pozması halları araşdırılıb.
Araşdırmalardan sonra 50-dən artıq sənətçinin yol hərəkəti qaydalarını pozması ortaya çıxıb. Məlum olub ki, şou-biznes nümayəndələri nəinki cərimələri ödəmir, hətta avtomobilində həbs ola-ola rahat şəkildə sükan arxasına keçirlər.
Oxu.Az Avtosfer.az-a istinadən yol-hərəkəti qaydalarını pozub, cərimələri ödəməyən sənətçilərin bir qisminin siyahısını təqdim edir:
1. Vasif Məhərrəmli – 10 VM 500 - 31 MMX-sı var. Cərimə balları üst-üstə 20 balı keçir. Ödənilməyən cərimələrinin məbləği 940 manat təşkil edir.
2. Faiq Ağayev – “Audi-Q7” - 10 FA- 222 - 8 MMX-sı var. 250 manat – 8 bal.
3. Ayaz Qasımov – 10 EA 011. Əvvəl “Range Rover”də olan nömrə hazırda “Mercedes C class”dadır. 113 MMX-sı var. Cəriməsi 6500 manatı keçir. Əksəriyyəti sürət həddinin aşmaq və işıqforun qırmızı işığından keçməkdir.
4. Manaf Ağayev – 10 LZ 799 və 10 BU 100. 37 MMX-sı var. 930 manat – 20 balı ötüb.
5. Məşqçi Kamil Zeynallı – 99 FP 999 “Cadellac” - avtomobilin 1 həbsi, 14 MMX protokolu var. Cəriməsi 480 manat, 15 bal.
6. İlahə İbadova – “Dodge Durango” - 90 NM 007. Avtomobilə 4 dəfə həbs qoyulub. 3 MMX, 30 manat.
7. Ədalət Şükürov – 10 HP 100, 10 PB 002. “Lexus” - 4 MMX – 80 manat, 2 bal.
8. Meyxanaçı Pərviz Bülbülə – “Toyota” - 10 KC 011 – 58 MMX-sı var. Cərimə məbləği 1600 manatı keçib. Cərimə balları isə 40-a çatır. Pərviz bu avtomobili etibarnamə olmadan idarə edir.
A.S.
www.oxu.az
Rəylər