Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Vəzifəli şəxslər arasında mübahisə - Protokol tərtib edildi
Astara rayonunda vəzifəli şəxslər arasındakı mübahisə inzibati xətanın törədilməsi ilə nəticələnib.
"Qafqazinfo" xəbər verir ki, rayonun Burzubənd kəndindəki məktəbin direktoru 1987-ci il təvəllüdlü Z.Rəfiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.
Bildirilib ki, məktəb direktoru övladını aylıq 180 manat ödənişlə Astara şəhərindəki "Məryəm Kids" bağçasında loqopedik təlimə yazdırıb. Lakin təlimi keçməli olan mərkəzin əməkdaşı bir müddət sonra işdən çıxıb və göstərdiyi xidmət yarımçıq qalıb.
Bundan sonra məktəb direktoru mərkəzin təsisçisi və direktoru olan şəxslə əlaqə saxlayaraq verdiyi pulu geri tələb edib və qarşı tərəf ödənişin 70 faizini geri qaytaracağına söz verib. Lakin razılaşdırılmış vaxtda pul qaytarılmadığı üçün Z.Rəfiyev bağçaya gedərək orada səs-küy salıb, direktoru söyərək təhqir edib.
Bağça rəhbərinin şikayətindən sonra Z.Rəfiyev barəsində protokol tərtib edilib.
Astara Rayon Məhkəməsinin dünən çıxardığı qərarla məktəb direktoru 50 manat cərimə edilib.
"Xuliqanlıq əməli" teqi üzrə xəbərlər
- Oğlunun gənc qıza etdiyi zorakılıq Rusiyada erməni diaspor rəhbərinin başında "partladı"
- 15 yaşlı övladını əxlaqsızlığa cəlb edən şəxsi döyən ana və qızı HƏBS OLUNDULAR
- Avtоmоbilini keyfiyyətsiz təmir edən ustanı döyən şəxsin cəzası azaldıldı
- Xuliqanlıqda ittiham olunan milyonçu həbsdə qaldı
- Rüsvayçı GÖRÜNTÜLƏR: Qızı döyüb alçaldaraq üzr istəməsini tələb etdilər
Rəylər