Sosial şəbəkənin Azərbaycan seqmentində qızlar arasında davanın görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, videoda bir qızın döyülərək alçaldıldığı və kiminsə arxasınca danışdığına görə üzr istəməyə məcbur edildiyi əks olunub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-a açıqlamasında bildirib ki, görüntülərlə bağlı araşdırma aparılır.
Aygün Mirakif