Şəmkirdə qətl törədilib.
Hadisə rayonun Mahmudlu kəndində axşam saat 20 radələrində baş verib. Uzun illər bir sinifdə oxuyan iki yeniyetmə arasında düşən mübahisə qanla nəticələnib. Biri digərinə ürək nahiyəsindən bıçaqla xəsarət yetirib.
Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla yetkinlik yaşına çatmayan şəxs rayonun Mahmudlu kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək, digər yeniyetməni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlumata görə, 10-cu sinif şagirdinin öldürdüyü yeniyetmə isə rayon Peşə liseyində oxuyurmuş.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, hadisəni törədən yeniyetmə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Şəmkirdə qətl törədilib.
Şəmkirdə qətl törədilib, saxlanılan var.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, saat 21 radələrində Şəmkir rayonunun Mahmudlu kənd sakini İ. Abbasovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə rayonun polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Abdullayev şübhəli şəxs qismində saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Rəylər