Qusarda baş verən dəhşətli insidentin təfərrüatı məlum olub.
Belə ki, 1941-ci il təvəllüdlü Sərkar Duraxanov oğlu 2001-ci il təvəllüdlü İsrafil Duraxanovun yatdığı zaman onun çiyninə iki dəfə atəş açıb.
Yaralı bildirib ki, səhər atasına yemək verib və yatıb.
Daha sonra güllə səsinə oyanıb:
"Tüfəng səsi eşitdim, elə bildim atam yıxılıb. Qəfil oyanan kimi gördüm ki, atam silahla başımın üstündə dayanıb. Atəş açan zaman üzümü çevirdim, güllə gəlib sağ qoluma girdi".
Qonşu Rafiq Səlimov bildirib ki, İsrafil çox sakit insandır:
"Heç kimlə problemi olmayıb. Onlar birlikdə usta kimi çalışırdılar. Dünən İsrafil işini bitirdikdən sonra evə gedib".
Ətraflı APA TV-nin süjetində:
Qusarda baş verən dəhşətli insidentin təfərrüatı məlum olub.
Qusarda şəxsin odlu silahdan açılan atəş nəticəsində xəsarətlər alması faktına görə cinayət işi başlanıb.
Bu barədə Oxu.Az-a Qusar Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyulun 30-da saat 11 radələrində Qusar rayonu, Hil kənd sakini 2001-ci il təvəllüdlü İsrafil Duraxanovun xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1941-ci il təvəllüdlü Sərkar Duraxanovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq oğlu İsrafil Duraxanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İsrafil Duraxanov xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Sərkar Duraxanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
İyulun 30-da səhər saatlarında Qusar rayonu ərazisində rayon sakini 23 yaşlı İ.Duraxanovun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən atası 83 yaşlı Sərkər Duraxan oğlu Duraxanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər