Lənkəranın Zövlə kənd sakininin güllə yarası alması ilə bağlı detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1964-cü il təvəllüdlü Rövşən Qələmirzə oğlu Tarverdiyev intihara cəhd edib və bu səbəbdən də odlu silahdan öz qarın nahiyəsinə atəş açıb.
Hadisənin hansı səbəbdən törədilməsi məlum deyil.
Lənkəran sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranın Zövlə kənd sakini 1964-cü il təvəllüdlü Rövşən Qələmirzə oğlu Tarverdiyev odlu silahdan açılan atəş nəticəsində xəsarət alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Ona döş qəfəsinin güllə yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.
Yaxınlarının deməsinə görə, Q.Tarverdiyev Bakı şəhərində yaşayır və dünən anasının il məclisinə gəlib.
Faktla bağlı araşdırma gedir.
Rəylər