Mayın 6-da Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən bağ evində tanınmış plastik cərrah Türkan Yafəs qızı Gündüzün qətlə yetirilməsi ilə bağlı bəzi məlumatlar üzə çıxıb.
Oxu.Az-ın məlumatına görə, Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüz və həyat yoldaşı Türkan Gündüz mübahisə ediblər. Nəticədə M.Gündüz qadına 10-dan çox bıçaq zərbəsi endirib. O elə hadisə yerində vəfat edib.
Muhammet Gündüz həyat yoldaşını başqası ilə münasibəti olduğu üçün öldürdüyünü bildirib.
Cütlüyün iki qızı var. Onlardan biri Türkiyədə təhsil alır. Onlar həm Bakıda, həm də Türkiyədə yaşayıblar.
Qeyd edək ki, qətli törədən Muhammet Gündüz biznes fəaliyyəti ilə məşğul olub. Onların 14 il əvvəl ailə həyatı qurduqları bildirilir.
Hadisəni törədən M.Gündüz saxlanılıb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şairə Nazilə Səfərli də əri tərəfindən qətlə yetirilən plastik cərrah Türkan Gündüzlə bağlı danışıb.
O bildirib ki, həkimin əri Muhammet Gündüz ona xəyanət edib.
Belə ki, Gündüz evində çalışan xanımlardan biri ilə qeyri-rəsmi münasibətdə olub. Ərinin ona xəyanət etdiyini bilən Türkan ondan boşanmaq istəyib.
Səfərli iddia edib ki, Türkanı anası Muhammet Gündüzə zorla ərə verib. Türkan xəyanətə görə ərindən ayrılmaq istədikdə isə anası buna icazə verməyib.
Ətraflı videoda:
Mayın 6-da Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən bağ evində tanınmış plastik cərrah Türkan Yafəs qızı Gündüzün qətlə yetirilməsi ilə...
Rəylər