"Abşeron rayonu" teqi üzrə xəbərlər
Abşeron rayonu Xəzər dənizinin qərb sahilində yerləşir, Qobustan rayonu, Sumqayıt şəhəri, Bakı şəhərinin Sabunçu, Qaradağ və Binəqədi rayonları ilə həmsərhəddir. Rayon quru subtropik iqlim qurşağında yerləşir, iqlim tipinə görə yarımsəhra quru və çöl iqliminə aiddir.
Rayonun yaradılmasında əsas məqsəd Bakı və Sumqayıt şəhərlərinin əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin etməkdən ibarət olmuşdur.
Abşeron rayonu Azərbaycan Respublikasının ən iri sənaye və kənd təsərrüfatı rayonlarından biridir.
Abşeron rayonu 15 inzibati ərazi dairəsindən (Хırdalan şəhəri, Saray, Mehdiabad, Ceyranbatan, Qobu, Güzdək, Hökməli, Digah, Aşağı Güzdək qəsəbələri və Məmmədli, Novхanı, Masazır, Fatmayı, Görədil Pirəkəşkül-Qobustan kəndlərindən) ibarətdir.