Bu ilin yanvar-oktyabr aylarında ölkədə əczaçılıq məhsullarının istehsalı sahəsində 18.6 milyon manat dəyərində dərman preparatları istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 68.4 faiz çoxdur.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin 10 ayına nisbətdə tibbi maskaların istehsalı 29.4 faiz artaraq 2.2 milyon ədəd təşkil edib, dərmanların istehsalı isə 12.1 faiz artıb və dəyər ifadəsində 8.57 milyon manata çatıb.
Cari ilin noyabr ayının 1-nə ölkədə 6 milyon ədəd tibbi maska və 967.2 milyon manatlıq hazır dərman ehtiyatı mövcuddur.