Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8.0 faiz artaraq 993.0 manat təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3 743.1 manat, qeyri neft-qaz sektorunda 942.2 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqqıları 952.3 manat, özəl müəssisələrdə isə 1 035.2 manat olub.
2024-cü ilin yanvar-sentyabr aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə ortaaylıq nominal əməkhaqqı (manat):