"Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 270 manatdan 280 manata artırılması nəzərdə tutulur".
"Qafqazinfo" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə münasibət bildirərkən deyib.
"Sosial təminat xərcləri üçün dövlət büdcəsindən 4 milyard 812 milyon manat vəsait nəzərdə tutulub. Bu da 9.6% artım deməkdir", - deyə nazir qeyd edib.