Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycana ən çox investisiya yatırımı edən ölkələr məlum olub
Bu ilin ilk 9 ayında xarici maliyyə mənbələrindən əsas kapitala 2.1 milyard manat investisiya yatırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Pul siyasəti icmalı" məlumat yayıb.
Bildirilib ki, dövr ərzində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 95.9%-i Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, BƏƏ, Qırğızıstan və Fransa sərmayədarlarına məxsus olub:
"2024-cü ilin 9 ayı ərzində ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya axınları davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici maliyyə mənbələrindən əsas kapitala 2.1 milyard manat investisiya qoyulub. Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiya ümumi investisiyanın dəyərinin 16.8%-ni təşkil edib.
İnvestisiya cəlb edilmiş ölkələrin siyahısı Azərbaycan iqtisadiyyatına həm ənənəvi ticarət tərəfdaşları, həm də qlobal arenada müxtəlif regionlardan olan sərmayədarların marağının yüksək olduğunu göstərir. Bu isə Azərbaycan iqtisadiyyatının qlobal iqtisadiyyata inteqrasiyasının dərinləşdiyini göstərir", - deyə məlumatda qeyd olunub.
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- Mərkəzi Bank iqtisadi artım proqnozunu AÇIQLAYIB
- Vüsal Xəlilov: "Banklar COP29 çərçivəsində 2030-a qədər 2 milyardlıq maliyyə öhdəliyi qəbul edib"
- AMB: "Faiz dərəcələrinin artması fonunda bankların daxili ipoteka kreditlərinə tələb azalıb"
- Mərkəzi Bankın yeni QƏRARI GÜNDƏMDƏ: Vətəndaşlar nə ƏLDƏ EDƏCƏKLƏR?
- Azərbaycanda BOKT-lər üçün nizamnamə kapitalı tələbi üç dəfədən çox artırılıb