“İdman həftəsi” çərçivəsində “Qürurla irəli!” şüarı ilə Xankəndi - Bakı ultramarafonunun üçüncü mərhələsi keçirilib. 21 nəfərin iştirakı ilə Ucardan start götürən üçüncü mərhələ 88 kilometr məsafəni əhatə edərək Hacıqabulda başa çatıb.
Bu barədə “Report”a Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən bildirilib.
Qeyd edilir ki, 17 nəfərin finişə çatdığı üçüncü mərhələdə kişilər arasında Artyom Əliyev birinci, Murat Kaya ikinci, Seymur Şahbazov üçüncü olublar. Qadınlar arasında isə finişə Svetlana Şepeleva (Moldova) və Leyla Abidinova (Azərbaycan) çatıblar.
Rəylər