Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son durumunu açıqlayıb.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəzada xəsarət alanlar - 1954-cü il təvəllüdlü Bakı şəhər sakini (qadın cinsli) baldırın geniş ölçülü açıq yarası, qapalı kəllə-beyin travması, 1955-ci il təvəllüdlü Bakı şəhər sakini (kişi cinsli) belin sağtərəfli küt travması diaqnozu ilə TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə hospitalizasiya olunublar:
"Yaralılara lazımi tibbi xidmətlər göstərilib. 1954-cü il təvəllüdlü vətəndaşın müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, digəri isə ambulator müalicə üçün evə buraxılıb".
Hacıqabulda bir ailənin üç üzvü qəzaya düşüb.
Nəzrin Vahid
Hacıqabulda bir ailənin üç üzvü qəzaya düşüb.
APA-nın məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"KamAZ" markalı avtomobilin aşması nəticəsində Bakı sakini, 1977-ci il təvəllüdlü Samir Məmmədov hadisə yerində ölüb.
Yasamal rayon sakinləri, 1954-cü il təvəllüdlü Füruzə Əsəd qızı Məmmədova və 1955-ci il təvəllüdlü Sahib Fərzəli oğlu Məmmədov xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Rəylər