Türkiyə Super Liqasında 11-ci turun oyunları çərçivəsində “Hatayspor” səfərdə “Samsunspor”la qarşılaşıb.
Millimizin üzvü Renat Dadaşovun şərəfini qoruduğu “Hatayspor” məğlubiyyətlə üzləşib. Matç ev sahiblərinin 2:1 hesablı qələbəsilə yekunlaşıb.
Oyunda hesabı 36-cı dəqiqədə “Hatayspor”un futbolçusu Didye Lamkel Ze açıb. Ercan Kara 77-ci dəqiqədə penaltidən, Kinqsli Şindler isə 90+8-ci dəqiqədə fərqlənərək “Samsunspor”a qələbə qazandırıb.
Qeyd edək ki, R.Dadaşov oyuna əsas heyətdə çıxıb və 87-ci dəqiqədə əvəzlənib.
14 xal toplayan “Hatayspor” turnir cədvəlinin 8-ci yeri tutur.