Türkiyənin “Hatayspor” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Superliqanın IX turunda “Fənərbağça”ya 2:4 hesabı ilə uduzduqları səfər oyunu ilə bağlı fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, 24 yaşlı hücumçu bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.
“Güclü rəqib qarşısında istədiyimiz nəticəni qazana bilmədik. Cümə günü reallaşacaq növbəti matça köklənəcəyik”, - deyə Dadaşov vurğulayıb.
Qeyd edək ki, sözügedən oyuna start heyətində başlayan Renat Dadaşov sonadək meydanda olub. “Hatayspor” oktyabrın 27-də “Kayserispor”u qəbul edəcək.