"Qəbələ" fransalı futbolçu Bilel Auaşeriya ilə vidalaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, 30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2023-cü ilin yayından komandada çıxış edən legioner "qırmızı-qara" formada 42 matçda altı qol vurub. Bilel Premyer Liqada 35 (altı qol), Azərbaycan kubokunda beş, avrokuboklarda iki matçda iştirak edib.