Argentinanın "Boka Xuniors" klubu İstanbul nəhəngi "Qalatasaray"ın yarımmüdafiəçisi Lukas Torreyra üçün 18 milyon avro təklif göndərib.
Oxu.Az xəbər verir ki, "sarı-qırmızılar"ın rəhbərliyi təcrübəli yarımmüdafiəçi üçün minimum 20 milyon avro tələb edir.
Lukas Torreyra isə "Qalatasaray"da xoşbəxt olduğunu və burada davam etmək istədiyini bildirib.
Qeyd edək ki, Lukas Torreyranın "Qalatasaray"la müqaviləsi 2026-cı yayında başa çatacaq.
Rəylər