İstanbulun futbol nəhənglərindən olan "Qalatasaray" "Liverpul"un ulduzu Məhəmməd Salaha imza qiymətindən əlavə illik 20 milyon avro maaş təklif edib.
Oxu.Az xəbər verir ki, futbolçunun meneceri Salah ilə görüşərək Türkiyə Superliqasında çıxışının ideal variant olduğunu bildirib.
32 yaşlı misirli futbolçu da müsəlmanların çoxluq təşkil etdiyi ölkədə çıxış etmək istədiyindən "Qalatasaray" klubu ilə görüşmələri qəbul edib.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul"un şərəfini qoruyur.
Rəylər