"Havr"la qarşılaşan PSJ-nin üç qoluna oyuna sonradan daxil olan futbolçular imza atıb.
Oxu.Az xəbər verir ki, Usman Dembele, Bredli Barkolya və Rendal Kolo-Muani matça ehtiyatda başlasalar da, meydana çıxdıqdan sonra qol sevinci yaşayıblar. Liqa1-in I turunda yaşanan bu hadisə PSJ-nin tarixində ikinci dəfə qeydə alınıb.
1996-cı il sentyabrın 3-də "Monpelye"ni 3:0 hesabı ilə məğlub edən parislilərin hər üç qolunu əvəzetmədən oyuna çıxanlar vurub. Həmin vaxt Xulio Deli Valdes, Leonardo və Loran Furnye fərqlənib.
Qeyd edək ki, PSJ ilk turda 4:1 hesablı qələbə qazanıb.
Rəylər