Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, o, SB13 kateqoriyasında 100 metr məsafəyə brass üsulu ilə üzməkdə 1:05:35 nəticə ilə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.
Oxu.Az xəbər verir ki, SB13 kateqoriyasında yer alan idmançı 100 metr məsafəyə brass üsulu ilə üzmədə çıxış edib.
Vəli İsrafilov ilk səkkizliyə düşdüyündən həlledici raunda da vəsiqə qazanıb.
Qeyd edək ki, paralimpiada sentyabr ayının 8-də başa çatacaq.
Paraüzgüçümüz Vəli İsrafilov bu gün Paris paralimpiadasında mübarizəyə qoşulacaq.
Oxu.Az xəbər verir ki, 21 yaşlı idmançımız üzgüçülüyün brass üsulu ilə 100 m məsafəyə yarışda iştirak edəcək.
Xatırladaq ki, Vəli İsrafilov bu növdə ötən paralimpiya oyunlarının qızıl medalçısı, həmçinin ikiqat dünya çempionudur.
Qeyd edək ki, təsnifat mərhələsinin görüşlərinə Bakı vaxtı ilə saat 12:55-də start veriləcək.
Rəylər